İrakli Beraya “Bakı” ilə ilk oyunu buraxa bilər (ÇEMPİON, 27.02.2006)
27 Fev 2006
İrakli Beraya “Bakı” ilə ilk oyunu buraxa bilər (ÇEMPİON, 27.02.2006)
Çempionatda yaranmış məcburi fasilədən istifadə edən “Qarabağ”ın baş məşqçisi Böyükağa Ağayev ayın 24-dən komandanı təlim-məşq toplanışına cəlb edib. Agdam klubunun mətbuat xidmətinin başçısı Asif Əskərovun verdiyi məlumata görə, toplanış müddətində komanda “Ambians” otelində məskunlaşacaq və gündə iki dəfə məşqə çıxacaq. “Bakı”ilə kubok oyununa ciddi hazırlaşan Ağdam təmsilçisi matça kimi bir yoxlama görüşü keçirməyi də planlaşdırır. Lakin “İnter” kimi, “Qarabağ” da hələ ki sınaqçı rəqib tapmayıb. Heyətdəki zədəlilərə gəldikdə isə İraklı Beraya hələ ki məşqlərdə iştirak edə bilmir. Həkim nəzarətində olan gürcü böyük ehtimalla “Bakı” ilə ilk kubok matçını buraxacaq.