İRAKLİ BERAYA ƏMƏLİYYAT OLUNDU . . .
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/1979.jpg)
2 Mar 2006
İRAKLİ BERAYA ƏMƏLİYYAT OLUNDU . . .
"Qarabağ" Futbol Klubunun aparıcı hücumçularından biri İrakli Beraya əməliyyat olundu...
Son turda "Olimpik"lə matçda birinci hissənin son dəqiqələrində ayağından zədə alan İrakli Beraya oyunu davam etdirə bilmədi. Bir neçə gün həkim nəzarətində olan hücumçu sonda əməliyyat olunmaq məcburiyyətində qaldı. Sağ ayağın diz nahiyyəsindən əməliyyat olunan Berayanın hazırkı durumu qənaətbəxşdir.Həkimlər əməliyyatın uğurla keçdiyini və bir neçə gündən sonra futbolçunun ayağa qalxacağını bildirirlər. Bir neçə həftə yaşıl meydançadan uzaq qalacaq futbolçumuz sonradan bərpa dövrü keçəcək. Həkimlər futbolçunun topla məşq etməsinin dəqiq vaxtını da məhz həmin dövrdə bildirəcəklər. Lakin əməliyyatın uğurla keçməsi səbəbindən həkimlər futbolçunun ən yaxın zamanda topla məşqlər edəcəyini proqnozlaşdırırlar...