İRAKLİNİN “HET-TRİK”İYLƏ YENİDƏN TOVUZA

single-news
3 Okt 2007

İRAKLİNİN “HET-TRİK”İYLƏ YENİDƏN TOVUZA



Artıq 18 finaldayıq. Hər iki oyunda qazanılan qələbələr bizi Azərbaycan kubokunda növbəti mərhələyə daşıdı. Baş məşqçi Rasim Kara ilk görüşdə olduğu kimi, Aslan və Kənan Kərimovlara, Vaqif Cavadova bu dəfə matç siyahısında yer vermədi. Aslan yerində sürpriz bir isim Hüseyin oynayacaqdısa, Kənanla Vaqifi İraki və Rauf əvəzləmişdi. Yeri gəlmişkən, gürcü forvard ötən oyunda yeganə qolu gətirən penaltiyə səbə olmuşdusa, bu dəfə 3 qol vuraraq qəhrəmanlaşdı.

Matçda ilk qolu görmək üçün 18 dəqiqə gözləmək lazım gəldi. İrakli Bereya Raufun baş ötürməsi zamanı qapıçıyla üzbəüz qalanda qarşısıalınmaz zərbə endirdi. İkinci qolu 3 dəqiqə sonra vuruldu. Matca kapitan kimi çıxan Avtandil Hacıyev künc zərbəsindən sonra başı üzərindən effektli qola imza atdı. Hücumlarını davam etdirən komandamız əla kombinasiya sonunda Qoqa  zərbə mövqeyinə çıxarsa da, sonda Sadiq Əliyev zərbəni zərəsizləşdirdi. Amma hər halda ilk yarıda azarkeşlər daha bir qol gördü. 42-ci dəqiqədə İrakli sol cinahdan sürətlə irəliləyərək qarşısıalınmaz zərbə vurdu.

İkinci hissəyə əvəzetmələrlə başlayan komandamız oyunun ipini əlində saxlayaraq ara-sıra kəskin hücumlara keçirdi. Belə epizodların birində Hüseyin İsgəndərov son anda hesabı artıra bilmədi. Lakin hüseynin edə bilmədiyini İraklı reallışdırdı. Cərimə meydançası daxilində iki rəqibindən sıyrılan gürcü forvard uzaq küncü dəqiq nişan aldı.4:0. Beləliklə, növbəti mərhələyə adalayan klubumuz yenidən “Turan”la qarşılaşacaq.

Paylaş

// pop up