İSAAC PUPO LİBERİYA MƏTBUATINDA!!!
İSAAC PUPO LİBERİYA MƏTBUATINDA!!!
“Qarabağ”ın gənc və prespektivli pleymeykeri İsaac Pupo millisinin də şərəfini qoruduğu Liberiyada yetərincə məşhurdur. Təsadüfi deyil ki, futbolçuya ölkəsində dünyanın ən yaxşı futbolçusu olmuş Corc Veanın davamçısı kimi baxırlar. Qış fasiləsində yaranmış imkandan istifadə edərək vətəninə yollanan Pupo Liberiyanın məşhur idman saytı olan www.liberiansoccer.com və www.stratradio.org–a açıqlamalar verib. “Qarabağ” haqqında xoş sözlərlə danışan Puponun Türkiyə klublarının hədəfində olduğu bildirilir. Oyun qurucumuza Türkiyənin nəhəng “Trabzonspor” eyni zamanda “Ankaraspor”, “Gənclərbirliyi OFTAŞ” və “Dənizlispor” klublarının maraq göstərdiyi bildirilir. Pupo özü isə qardaş ölkədə oynamağa biganə olmadığını lakin ilk öncə “Qarabağ”da qarşısına qoyduğu məqsədlərinə çatmaq istədiyini bildirib. Eyni saytda yazılmış bir neçə yazıda Puponun Azərbaycan çempionatında çıxışlarını işıqlandırmaqla bərabər ondan daha böyük nailiyyətlər gözlədiklərini gizlətməyiblər. Eyni zamanda 2010-cu ildə Cənubi Afrikada keçiriləcək dünya çempionatında Liberiyaya vəsiqə qazandıracaq futbolçular içərisində Puponun ismi xüsusi ilə qeyd olunub.