İSLAHATLARLA PARLAQ GƏLƏCƏYƏ DOĞRU . . .
İSLAHATLARLA PARLAQ GƏLƏCƏYƏ DOĞRU . . .
“Qarabağ” Futbol Klubu rəhbərliyi gələcək strategiyasını müzakirə etmək üçün bir araya gəldi. Dəyirmi Masada Klubun Vitse Prezidenti Taher Gözel, Direktoru Emrah Çelikel və Komandanın Baş Məşqçisi Rasim Kara işitrak etdilər. “Qarabağ” üçün vacib məsələlər müzakirə olunaraq, gələcək üçün önəmli qərarlar alındı...
İlk müzakirə olunan məsələ Milli komandalarımıza cəlb olunan futbolçular barədə oldu. Millinin son oyununda qələbə qazanması, bu qələbədə “Qarabağ” Futbol Klubunun futbolçularının da pay sahibi olması alqışlandı. Qərar alındı ki, bütün Milliyə cəlb olunan futbolçular Klub tərəfindən mükafatlandırılsın və bu mükafatlandırma bundan sonra hər dəfə həyata keçirilsin. Diqqət çəkən əsas məqam isə futbolçuların qalib gəlib-gəlməməsindən asılı olmayaraq milliyə cəlb olunması halında bütün futbolçular mükafatlandırılması oldu. Bu həm də U-17, U-19, U-21 komandalarına dəvət alan da futbolçulara da şamil olunacaq. Məqsəd “Qarabağ”da oynayan hər bir futbolçunun Millinin heyətinə düşmək uğrunda mübarizə ruhunu daha da qaldırmaq, Azərbaycan Futboluna töhvə verməkdir. Baş Məşqçimiz Rasim Karanın dili ilə desək, “Milliyə can atmaq hər bir futbolçunun əsgəri vəzifəsi olmalidir”.
Baxılan digər məsələ Müşviq Hüseynov haqqında oldu. Canlı futbol əfsanəsi olan bu futbolçunun karyerasının böyük bir hissəsi məhz “Qarabağ” Futbol Klubu ilə bağlıdır. Bu səbəbdən Müşviq Hüseynovun Vida Matçının keçirilməsi qərara alındı. Daha vacib qərar isə - futbolçunun bundan sonra Məşqçilik karyerasına da məhz “Qarabağ”da başlaması oldu. Belə ki, bundan sonra Müşviq həm də “Qarabağ” Futbol Klubunda məşqçi kimi fəaliyyət göstərəcək.
Daha bir məsələ süni örtüklü meydança ilə bağlı idi. Ağdamda inşa olunan süni örtüklü meydançanın bir ay ərzində tamamlanacağı bildirildi. Bundan sonra Rasim Kara və onun komandasının Ağdama səfər edəcəyi də müzakirələr sırasına da daxil oldu. Bilavasitə Baş Məşqçimizin iştirakı ilə orada uşaq və yeniyetmələr arasında seçmə də keçiriləcək və perspektivli uşaqlar “Qarabağ” Futbol Klubunun uşaq məktəbinə cəlb olunacaq.
Gələn il üçün Transfer məsələləri də müzakirə olundu. Gələn həftədən transfer çalışmalarına start verilərək Rasim Karanın istədiyi yerli və xarici futbolçularla danışıqlar aparılacaq. Bununla paralel hal-hazırda komandada top qovan futbolçularında müqavilələri yenilənəcək. Transfer məsələsində Klub rəhbərliyi daha bir analoqu olmayan qərar qəbul etdi. Belə ki, “Qarabağ” Futbol
Komandasının aşağı yaş qrupundan əsas komandaya cəlb olunan hər bir futbolçusu azı 3 il müqaviləsi olmasına baxmayaraq həvəsləndirici mükafat alacaqlar.
Mükafatlandırma əsas komandada olduğu kimi, I dəstə- “Qarabağ-2” komandasına da şamil olunacaq. Hər bir uğur üçün bu komandanın heyəti də həvəsləndiriləcək. Baş Məşqçimiz Rasim Kara daha iki “Qarabağ-2” futbolçusunun – Yasin Yaqubovun və Fərrux Rəhimovun əsas komandaya cəlb olunduğunu da Klub rəhbərliyinə çatdırdı. Bununla da “Qarabağ” komandasında top qovan futbolçular arasında uşaq futbolunun payı daha da atdı.
Zədəli futbolçulardan Timur İsrafilov ən yaxın zamanda Türkiyəyə göndərilməsi və əməliyyat olunması qərara alındı. Futbolçumuz 03.04.2007-ci il tarixində Ankaraya yola salınaraq, bir gün sonra təcrübəli professor Mehmet Binnət tərəfindən əməliyyat olunacaq.
Sergey Sokolov məsələsinə də toxunuldu. UEFA tərəfindən cəzalanmış futbolçunun cəza məbləğini ödəyən “Qarabağ” Futbol Klubu rəhbərliyi Azərbaycan Futbolunun gələcəyi naminə qərara aldı ki, klub olaraq bir daha bu məsələyə qayıdılmasın.
Gələn il üçün komandanın geyəcəyi forma məsələsi də gündəmə daxil edilmişdi. Hansı firmanın məhsulunu geyinmək üçün “Qarabağ” Futbol Klubu rəhbərliyi işləmlərə başlayacaq. Bununla da gələn il komandanın Puma, Nike, Adidas və ya Umbro geyəcəyi yaxın vaxtlarda firmaların verəcəyi təklifə görə dəyərləndiriləcək.
Görüş digər məsələlərin müzakirəsi ilə yekunlaşdı...