İspan deyil, Alman finalı

İspan deyil, Alman finalı
Çempionlar Liqasının finalı məlum olub.
Ötən gün `Borussiya`nın finala çıxmasından sonra digər finalçının da adına aydınlıq gəlib. `Barselona`nın qonağı olan `Bavariya` ilk oyunda olduğu kimi yenə rəqibinə aman verməyib. Birinci qarşılaşmada rəqib qapısına dörd cavabsız qol vuran Almaniya təmsilçisi bu oyunda da üstün tərəf olub və 3:0 hesabı ilə qalib gəlib. Beləliklə `Bavariya` hər iki oyunun nəticəsinə görə `Barselona`nın qapısına yeddi cavabsız qol vuraraq adını finala yazdırıb.
Bununla da mayın 25-də `Uembli`də baş tutacaq final görüşündə iki alman komandası, `Borussiya` və `Bavariya` üz-üzə gələcək.
Çempionlar Liqası, yarımfinal, cavab oyunları
1 may
`Barselona` (İspaniya) – `Bavariya` (Almaniya) - 0:3
Qollar: Robben, 49 (0:1), Pike, 72-avtoqol, (0:2), Müller, 78 (0:3)
İlk oyun (0:4)
30 aprel
`Real` (İspaniya) – `Borussiya` (Dortmund, Almaniya) - 2:0
Qollar: Benzema, 83 (1:0), Ramos, 88 (2:0)
İlk oyun (1:4)