İspaniya: Çempion kimi

single-news
12 İyl 2010

İspaniya: Çempion kimi



Artıq İspaniya yeni dünya çempionudur. 2 il öncə Avropa çempionu olan `buğa`lar artıq dünyanın ən böyüyüdür. Finalda Hollandiya ilə qarşılaşan Del Boskenin yerimələri 116-cı dəqiqədə vurduğu qolla ilk dəfə çıxdığı finalda qələbə qazanıb. Əslində `narıncı`ların oyunda hesabı açmaq üçün daha real imkanları olub. Lakin Robben 2 dəfə qapıçı ilə təkbətək çıxsa da şansından yararlana bilməyib. Oyun əsas vaxtı qolsuz başa çatıb. 109-cu dəqiqədə Heytinqanın qırmızı vərəqə alması ispanların işini asanlaşdırıb. 116-cı dəqiqədə İnyesta ispanlara dünya çempionluğu gətirən qolu vurub.
Hollandlar isə 32 il sonra çıxıdığı final qarşılamasında yenə məğlub oldu. Daha öncə 2 dəfə olduğu kimi...

Paylaş

// pop up