İspaniya qrupda qaldı

single-news
31 İyl 2012

İspaniya qrupda qaldı



Braziliya sensasiyaya imkan vermədi
 
XXX London Yay Olimpiadasında kişi futbolçulardan ibarət milli komandaların mübarizəsi davam edir.  İkinci oyun günündə daha 8 qarşılaşma baş tutub.
 
A qrupunda Seneqal Uruvay millisinə 2:0 hesabı ilə qalib gəlib. Meydan sahibləri Böyük Britaniya millisi isə BƏƏ yığmasını 3 qolla keçib - 3:1.
 
B qrupunda Meksika yığması Qabonu 2 cavabsız qolla məğlub edərək liderliyi ələ keçirib. Cənubi Koreya millisi də İsveçrədən üstün olub - 2:1.
 
C qrupunda baş tutan Misir və Yeni Zellandiya yığmalarının duelində qalib müəyyənləşməyib - 1:1. Braziliya millisi isə Belarusu 3:1 hesabı ilə məğlub edib.
 
D qrupunda isə növbəti sensasiya yaşanıb. İspaniya millisi Yaponiyanın ardından Hondurasa da məğlub olub - 0:1. Bu nəticə ilə İspaniya millisi qrupdan çıxmaq şansını tamamilə itirib. Qrupun digər matçında Yaponiya Mərakeşə 1:0 hesabı ilə qalib gəlib.

Paylaş

// pop up