İSTİRAHƏT BAŞA ÇATDI

single-news
25 İyl 2007

İSTİRAHƏT BAŞA ÇATDI



Türkiyədən geri döndükdən sonra hazırlığa ara verən “Qarabağ” Futbol Klubu yenidən məşqləri bərpa edib. Xəbər verdiyimiz kimi, Koomanda Türkiyədən dönəndə Baş məşqçimiz Rasim Kara qardaş ölkədə qalmışdı. Ayın 24-ü bir toplantı edən komanda yenidən bir araya gəlib. Sonra Suraxanı stadionunda cari mövsümdə ilk dəfə məşq edən komandamıza bu gün daha 2 futbolçu qoşulub. Türkiyədən birbaşa yaşadıqları Stavropola yollanan Qoqa və İrakli Bereya qardaşları da bu gün bazaya gəliblər. Liberiya millisinin playmeykeri İsaak Pupo isə bir neçə gün ərzində Bakıya gələcək.

Məşqlərə gəlincə, ilk səhər bazada yüngül hərəkətlərdən sonra trenajorla məşqdən istifadə edən komanda günün ikinci yarısında Suraxanıya yollanıb. Burada isə, daha cox taktki və tola hazırlıq yönündə çalışmalar yerinə yetirilib.  Komandanın U-19-dan sonra “Standart”la yoxlama matçı keçirməyi planlaşdırır.

Paylaş

// pop up