İSTİRAHƏT BAŞA ÇATIR...

single-news
28 Fev 2007

İSTİRAHƏT BAŞA ÇATIR...



"Qarabağ" Futbol Klubu Ölkə çempionatının sonuncu turundan sonra 7 günlük istirahətə yollandı. Legionerlərin də öz vətənlərinə yolandığı bu fasilə sabah başa çatır. Suraxanı qəsəbə stadionunda ilk məşq saat 16:00-a planlaşdırılmışdır. İstirahət isə bəzi futbolçularımıza şamil olunmadı. Belə ki, əsas, U-21 və U-19 -a cəlb olunacaq futbolçular Millinin mənafeyi naminə məşqlərini davam etdirdi. Bilavasitə Rasim Karanın istəyi ilə məşqlər edən bu futbolçuları məşqçilər Tayfun Gürsel və Elşad Xudadatov hazırladı. Əsas Millinin futbolçuları martın 2-də Klubun bazasını tərk edərək, millinin düşərgəsinə hazır yollanacaqlar. Legionerlərimiz Hakan Demir, Boyan İliç, Qoqa və İrakli Beraya qardaşları bu gecə Bakıya dönmüşlər. Komandamızın Baş Məşqçisi Rasim Kara da Türkiyədən Bakıya bu gecə qayıdacaq... Qarşıda olan bir ayda isə komanda hər hansı bir turnirdə oynamağı düşünür. Futbolçuların oyun praktikası baxımından vacib olan bu oyunlar həm də boşluqların aradan qaldırılması baxımından da vacibdir...

Paylaş

// pop up