İSTİSU TOPLANIŞI SƏMƏRƏLİ KEÇDİ

single-news
20 Okt 2004

İSTİSU TOPLANIŞI SƏMƏRƏLİ KEÇDİ



Yığmanın dünya çempionatının seçmə mərhələsindəki çıxışıyla əlaqədar ölkə çempionatında yaranmış fasilədən səmərəli istifadə etməyə çalışan "Qarabağ" Masallıdakı "İstisu" sanatoriyasında qısamüddətli təlim-məşq toplanışı keçirib. Oktyabrın 4-dən 8-nə qədər davam edən toplanışda futbolçular əsasən fiziki hazırlıq üzərində işləyib. Komandanın baş məşqçisi İqor Ponomaryov toplanışdan razı qalıb. Yeri gəlmişkən, "Qarabağ" oktyabrın 16-da səfərdə "Bakılı"yla keçirəcəyi 7-ci turun görüşünə hazırlığı davam etdirir. Artıq yığmanın düşərgəsində olan futbolçular da məşqlərə qatılıb. Heyətdə zədəli və cəzalı futbolçu yoxdur.

Paylaş

// pop up