İsveçdə 1 qol

single-news
13 Dek 2024

İsveçdə 1 qol



“Elfsborq” (İsveç) – “Qarabağ” - 1:0

Ahmed Qasem, 57

 

“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində altıncı matçına çıxıb. Komandamız “Boras Arena”da İsveçin “Elfsborq” klubu ilə görüşüb.

 

Komandamız oyunu aşağıdakı heyətlə keçirib: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev (90. Nəriman Axundzadə, 86), 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç (27. Toral Bayramov, 77), 6. Julio Romao (11. Emmanuel Addai, 78), 8. Marko Yankoviç (66. Patrik Andrade, 86), 7. Yassin Benzia, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 66), 18. Juninyo.

 

Oyun səfərdə keçirilməsinə baxmayaraq, baş hakimin start fitindən etibarən futbolçularımız nəzarəti ələ keçiriblər. Komandamız meydanın rəqibə aid hissəsində paslaşaraq boş mövqelər axtarışında olub. “Elfsborq” isə bütünlüklə müdafiəyə çəkilmək məcburiyyətində qalıb. Arxa xətdə sıxlıq yaradan meydan sahibləri sürətli əks-hücumlara bel bağlayırdı. Lakin komandamız həmin həmlələri təhlükə yaranmadan məharətlə sovuşdururdu. İlk yarının sonlarına yaxın təzyiqi artıran komandamız Juninyonun ifasında iki real qol imkanı yaratsa da, bunlardan yararlanmaq mümkün olmayıb. Meydan sahiblərinin birinci hissədəki yeganə təhlükəli hücumu zamanı isə Mateuş Koxalski əla qurtarışla qola imkan verməyib.

 

İkinci hissə qarşılıqlı hücumlar şəraitində başlayıb. Ancaq hesabı açmaq 57-ci dəqiqədə meydan sahiblərinə müyəssər olub. Buraxılan qoldan sonra yenidən təşəbbüsə yiyələnən komandamız topa daha çox nəzarət edib. Dəqiqələr keçdikcə təzyiqi artıran futbolçularımız rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər də yaradıb. Lakin bu cəhdlər bir nəticə verməyib və “Elfsborq” öz meydanında 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin VII turu çərçivəsində 2025-ci il yanvarın 23-də Bakıda Rumıniyanın FCSB klubu ilə qarşılaşacaq.

Paylaş

// pop up