İtaliya 1 yerini itrdi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5280.jpg)
28 Fev 2011
İtaliya 1 yerini itrdi
2012/13 mövsümündən etibarən İtaliya klubları üçün Çempionlar Liqasında çıxış etməyə imkan verən vəsiqələrin sayı dörddən üçə enəcək. Apenninli komandaların avrokuboklardakı uğursuz çıxışları buna səbəb olub. Ölkənin əmsallar cədvəlindəki yeri zəifləyib və italyan klublarının reytinqi aşağı düşüb. Beləliklə, A seriyasının üçüncü komandası 2012/13 avromövsümündə ÇL-ə təsnifat mərhələsindən başlayacaq. Digər iki komanda isə qrup mərhələsində yarışacaq. İtaliya üçün arzuolunmaz vəziyyət Avropa Liqasında da müşahidə ediləcək. Belə ki, 2011/12 mövsümündə 6-cı pillədə qərarlaşan komanda avrokuboklara vəsiqə qazana bilməyəcək.