İtaliya Almaniyanın rekordunu qırdı
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
29 İyn 2012
İtaliya Almaniyanın rekordunu qırdı
Avro-2012-nin yarımfinal mərhələsində İtaliya millisinə məğlub olan Almaniya yığmasının rekodru qırılıb. Bundestimin 15 oyunluq qələbə seriyasının davamı appeninlərlə oyunda yekunlaşdı. Belə ki, Yoahim Lövün baş məşqçisi olduğu yığma bunadək ardıcıl 15 rəsmi oyunda qalib gəlmişdi ki, bunlardan ikisi ötən seçmə mərhələdə millimizi evdə 6:1, səfərdə 3:1 hesabı ilə yendikləri matçdır.
Maraqlıdır ki, almanların rəsmi oyunda sonuncu məğlubiyyətini də məhz yarımfinalda olmuşdu. Bu, 2 il öncə dünya çempionatında İspaniyaya 0:1 hesabı ilə uduzduğu matçdır. Lövün komandasının digər rekordu isə ardıcıl 21 oyunda qol vurmaqdır ki, İtaliya ilə oyunda uduzsa da, rəqib qapısına yol tapmaq mümkün oldu.