İTALIYA BRAZILIYAYA DAHA DA YAXINLAŞDI

single-news
25 Dek 2006

İTALIYA BRAZILIYAYA DAHA DA YAXINLAŞDI



Nəhayət mövsümün sonuncu, dekabr ayı yeni reytinq cədvəli acıqlandı. Gözlənildiyi kimi 5 qat dünya cempionu Braziliya millisi yenə də ilk pillədəki yerini hec kimə verməyib. Hətta sonuncu dünya cempionatında cənubi Amerikalıların fiaskoya uğraması belə Pelenin həmvətənlərinin son 5 ildə əldə etdiyi mövqeyini qorumasına əngəl olmayıb. Mundialdan söz düşmüşkən yayda tarixində 4-cü dəfə dünya cempionu olan İtaliya millisi il ərzində 10 pillə irəliləyərək 2-ci pillədə yerini bərkidib. Ilk üclüyü isə digər cənubi amerika millisi Argentina tamamlayır. Maraqlıdı ki, İLk onluqda kı növbəti yerləri Nigeriyanı nəzərə almasaq Avropa milliləri təşkil edir. Elə sonuncu mundalda bürünc medallara yiyələnən Almaniya ötən ilə müqayisədə 10 pullə irəliləyib. Ən böqük sıcrayışı isə Ukrayna (27+), Kot D-İvuar (24+), İsvecrə (18+) məhz mundial amilinə görə əldə ediblər. Azərbaycan millisinin isə başa catan ilini elə də uğurlu qiymətləndirmək olmaz. Yığmamız ötən illə müqayisədə 11 pillə geriliyərək 125-ci sırada məskunlaşıb. Maraq ücün qeyd edək ki, bu Azərbaycan millisinin son ildə ələdə etdiyi ən uğursuz nəticədir. FİFA-nın növbəti reytinq cədvəlinin yanvarın 17-sində acıqlayacağına da diqqətinizə catdıraq. 1(1). Braziliya 1588 2(12). İtaliya 1560 3(4). Argentina 1551 4(5). Fransa 1523 5(9). İngiltərə 1359 6(16). Almaniya 1350 7(3). Hollandiya 1305 8(10). Portuqaliya 1258 9(24). Nigeriya 1244 10(2). Çexiya 1190

Paylaş

// pop up