İTALİYA DERBİSİ: "MİLAN" - "YUVENTUS" 0:1

single-news
8 May 2005

İTALİYA DERBİSİ: "MİLAN" - "YUVENTUS" 0:1



İtaliya A seriyasında hələ bir neçə tur əvvəldən mayın 8-i səbirsizliklə gözlənilirdi. Çünki bu gün bəlkə də çempionluq matçı keçiriləcəkdi: Milan- Yuventus... ...Matç qarşılıqlı hücumlarla başladı. Amma bu hücumlarda klublar irəli atılmadan, müdafiəyə daha çox diqqət yetirirdilər.Bu da başa düşülən idi. Matçın 28-ci dəqiqəsində Yuventusun növbəti hücumlarından birində David Trezeqe hesabı açdı. İlk hissə bu hesabla da başa çatdı. İkinci hissədə Milan irəli atıldı və bu da onlara bir neçə qol imkanı yaratmağa kömək etdi. Lakin bu Milana hesabı bərabərləşdirməkdə kömək etmədi. İki epizodda isə, məşhur hakim Pierluici Kollina 11 metrlik cərimə zərbəsi təyin etməkdə tərəddüd etdi. Bu isə "Yuventus"un "Milan" derbisində qalib gəlməsinə səbəb oldu. 1:0 və Yuventus çempionluq yolunda iri addım atdı. Turun digər matçlarda bu nəticələr qeydə alınmışdır: Atalanta 2 - 1 Messina Brescia 0 - 3 Inter Milan Cagliari 0 - 0 Palermo Chievo 1 - 2 Fiorentina Lazio 0 - 1 Udinese Livorno 3 - 6 Siena Parma 2 - 1 AS Roma Reggina 1 - 1 Bologna Sampdoria 3 - 0 Lecce

Paylaş