IV TƏLİM GÜNÜ: LAKTAT TESTI ...

single-news
7 Yan 2007

IV TƏLİM GÜNÜ: LAKTAT TESTI ...



"Qarabağ" Futbol Klubu təlim məşqin 4-cü gününə test verməklə başladı. İki qrupa bölünmüş futbolçular səhər və axşam məşqlərində xüsusi həkimlər tərəfindən Laktat testdən keçirildi. Uyğun olaraq bir qrupun test verimi zamanı isə digər qrup kros qaçışla fiziki hazırlıqlarını davam etdirdilər. Testin nəticəsi hələ açıqlanmasa da həkimlərin ilkin rəyinə görə futbolçuların durumları normaldır. Bu haqda isə, şam yeməyindən öncə futbolçularla görüşündə həkim qrupunun rəhbəri məlumat verdi. Eyni zamanda o, Laktat testin mahiyyətini də açıqladı. Beləliklə, Laktat test - futbolçuların dözümlülüyü, yorğunluq dərəcəsi, bədənlərindəki artıq çəkinin onların fiziki durumlarına təsiri və s-ni özündə çəmləşdirir. Artıq yağlılıq, futbolçunun dözümlülüyü, neçə dəqiqə sabit oynaya bilməsi də Laktat testin mahiyyətinə aiddir. Bu testin aparılması hər bir futbolçuya məşqlər zamanı fərdi yanaşma ediləcəyinin də bir göstəricisidir. MƏhz bu testin nəticəsindən sonra futbolçuya məşqlərdə veriləcək ağırlığın optimal həddini müəyyənləşdirmək mümkün olacaq... Xatırladaq ki, bu gün həm də Sergey Sokolov və Qoqa Beraya da komandanın düşərgəsinə qatıldı. Bu futbolçular da axşam məşqi zamanı testdən keçdilər... Təlim məşq davam edir...

Paylaş

// pop up