IX GÜN: FİTNESS KLUBDA MƏŞQ. . .
12 Yan 2007
IX GÜN: FİTNESS KLUBDA MƏŞQ. . .
"Qarabağ" Futbol Klubu təlim məşqin 9-cu günündə hazırlığa Fitness Klubda başladı. 15 dəqiqəlik isinmə hərəkətlərindən sonra, məşqçilər heyəti ediləcək hərəkətlər, hər bir hərəkətin nə qədər davam etməsi barədə bildirdilər.Baş Məşqçi Rasim Kara hər bir ediləcək hərəkətin faydası barədə futbolçulara məlumat verdi. Ayaq əzələləri, qüvvə, güc və s. üçün müəyyən olunmuş alətlərlə futbolçular məşq etməyə başladılar. Hər bir alətin ardında iki futbolçu dayanaraq, biri məşq etdiyi zaman digəri istirahət edirdi ki, bu da vaxta qənaət edilməsi baxımından vacib idi. Başda Rasim hoca olmaqla, bütün məşqçilər futbolçuların hər bir hərəkəti vaxtında, dügün etməsi üçün nəzarət edirdilər. 1,5 saat davam edən məşq yüksək əhval ruhiyyə ilə başa çatdı. Məşq sonrası isə, bütün futbolçular hovuza yollandılar. Fitness Klubdan sonra hovuz futbolçuların əhval ruhiyyəsini birə-beş artırdı...
Fitness klubda olanlarıa daha yaxından tanış olmaq üçün aşağıdakı bölümə baxil olun:
"Qarabağ" FK FITNESS CENTERdə... FOTOQALEREYA
Günün ikinci məşqi toplarla hazırlıq olacaq. Bundan sonra komanda "Ərzurumspor"la keçirəcəyi oyunun vaxtını gözləyəcək...