IX TUR: HAKİMLƏR MƏLUM OLDU . . .
11 Noy 2005
IX TUR: HAKİMLƏR MƏLUM OLDU . . .
12 və 13 noyabr tarixlərində Azərbaycan Çempionatının növbəti- 9-cu turunun oyunları keçiriləcək.
İlk oyun günündə turun mərkəzi qarşılaşması T.Bəhrəmov adına Respublika stadionunda "Neftçi" ilə "İnter" arasında keçiriləcək. Bundan başqa «Karvan» - «MKT-Araz»,«Şahdağ-Samur» - MOİK matçları da ilk oyun günü baş tutacaq.
13 noyabr tarixində isə daha dörd oyunla tura yekun vurulacaq: «Olimpik» – «Turan», «Bakı» - «Gənclərbirliyi», «Xəzər-Lənkəran» - «Gəncə» matçları ilə yanaşı «QARABAĞ»da «Göyəzən»i qəbul edəcək. T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək matçın hakimləri artıq təyin olunub.
Matçın baş hakimi Eldar Nağıbəyovdur. Ona Azad Hüseynov və Anar Məmmədli kömək edəcəklər. Matçda dördüncü hakim Ramiz Əhmədovdur. Matda Komissar Vladimir Yudamov, AFFA nümayəndəsi isə Eldar Qasımovdur.