IX TURA YEKUN VURULDU

single-news
30 Okt 2006

IX TURA YEKUN VURULDU



Azərbaycan Çempionatının 9-cu turuna yekun vuruldu. Bu tur liderlərin xal itkisi ilə yadda qaldı... 6 oyundan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən "Karvan" bu tur flaqman "Neftçi" qarşısında bu seriyanı davam etdirə bilmədi. Oyunda hesabı açmasına baxmayaraq qapısından üç top buraxan yevlaxlılar ilk məğlubiyyət acısını daddılar. "Xəzər Lənkəran" isə öz meydançasında daha bir iddialı "İnter" üzərində qələbə qazana bilmədi - 0:0. Digər oyunlarda "G.Birliyi" "MKT-Araz"la qolsuz bərabərliyə qaldığı halda, "Bakı" "Gilan" üzərində çətin qələbə qazandı- 1:0. Bu turda "Turan" - "Qarabağ" oyunu başqa vaxta keçirildiyindən komandaız istirahət edirdi...

Paylaş