Joni Montiel “Qarabağ”da
Joni Montiel “Qarabağ”da
Klubumuz yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb: Ötən mövsümdə İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən Joni Montielin (Jonathan Monitel Caballero) keçidi rəsmiləşib.
Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.
26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.
Qeyd edək ki, klubumuz bunadək dörd futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Sami Mmaeni heyətinə qatıb.
