JÜLİNİN İTALYANYANSAYAĞI "ZARAFAT"I ...

single-news
19 Apr 2006

JÜLİNİN İTALYANYANSAYAĞI "ZARAFAT"I ...



"MİLAN" 0-1 "BARSELONA" Çempionlar Liqasının yarımfinal oyunlarına start verildi. İlk oyunda "Milan" "Barselona"nı qəbul etdi.. Qonaqların heyətində ötən oyunda Henrik Larssonun zədələnməsi Lüdoviq Jülinin əsas heyətdə yer almasına səbəb olmuşdu. Frank Raykardın məhz bu məcburi əvəzləməsi ilk oyunun qəhrəmanını üzə çıxardı. Məhz onun matçın 57-ci dəqiqəsində Ronaldinyonun ötürməsindən sonra hesabı açması italyanlara soyuq duş "qəbul elətdirdi"... İlk oyunda 1:0-lıq qələbə cavab qarşılaşmasında İspaniya təmsilçisinə böyük üstünlük verdi. Çempionlar Liqsında yarımfinal mərhələsində heç zaman məğlub olmayan "Milan" isə tarixində ilk dəfə finala çıxmayaraq anti rekorda imza atmağa daha çox yaxındır.

Paylaş