Kadi Borges: "Sona qədər mübarizə aparacağıq"

single-news
23 Fev 2022

Kadi Borges: "Sona qədər mübarizə aparacağıq"



Futbolçumuz Kadi Borges UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində "Marsel" ilə oyundan öncə mətbuat konfransında fikirlərini bildirib:

 

"Bizi çətin oyun gözləyir. Birinci oyunu analiz etmişik. Buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq. Ümid edirəm ki, oradakı səhvləri təkrarlamayacağıq. Öz gücümüzə də bələdik. Hesab xeyrimizə olmasa da, bunu dəyişmək iqtidarındayıq. Təslim olmayacaq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik".

Paylaş

// pop up