Kadi Borges: "Yeni mövsümün hazırlığını gözləyirik"

single-news
8 İyn 2022

Kadi Borges: "Yeni mövsümün hazırlığını gözləyirik"



Komandamızın yarımmüdafiəçisi Kadi Borges klubumuzun saytına açıqlama verib:

 

“İstirahət etmək üçün günümüz çox olmasa da, az vaxtdan səmərəli istifadə etməyə çalışdıq. Həyat yoldaşım hamilə olduğu üçün Braziliyaya yollana bilməzdik. Çünki yol uzun müddətlidir. Bu səbəbdən istirahətimizin bir hissəsini Azərbaycanda keçirtdik. Daha sonra 5 günlük Dubaya yollandıq və orada dincəldik. Ümumiyyətlə, hər şeydən razı qaldıq. İndi isə yeni mövsümün hazırlığını gözləyirik. Özümü toplanışa tam hazır hiss edirəm”.

Paylaş