Kafu "Qarabağ"ımızın bazasında

single-news
26 Sen 2018

Kafu "Qarabağ"ımızın bazasında



Bu gün “Qarabağ” Futbol Klubunun bazası xüsusi qonaq qəbul edib. Braziliya millisiylə ikiqat dünya çempionu olmuş, “Roma” və “Milan”dan tanıdığımız Kafu klubumuzu ziyarət edib. Uzun illər “Qarabağ”ımızla əməkdaşlıq edən Xüsusi Olimpiya Hərakatının xəttiylə ölkəmizə gələn Braziliya millisinin sabiq kapitanı klubumuzun direktoru Emrah Çelikel, komandamızın baş məşqçisi Qurban Qurbanovla   görüşüb və çay masası arxasında klubumuzun son illərdəki çıxışından söhbət açılıb. Sonda isə Kafuya “Qarabağ”ımızın “2” nömrəli forması hədiyyə olunub. Komandamızın braziliyalı qolkiperi Vaqner Da Silva da həmyerliləri ilə görüşü maraqlı alınıb. Qapıçımız 2 qat düna çempionuna formasını hədiyyə edib.

Paylaş

// pop up