KAFU SON DƏFƏ MEYDANA ÇIXACAQ

single-news
17 May 2008

KAFU SON DƏFƏ MEYDANA ÇIXACAQ



İtaliyanın A seriyasında çıxış edən “Milan” klubunun təcrübəli futbolçusu Kafu uzun illərdən sonra futbolla vidalaşmağa hazırlaşır.

1994, 2002-ci illərdə Braziliya forması ilə Dünya çempionluğunu yaşayan 37 yaşlı unutulmaz futbolçu verdiyi açıqlamada bildirib: “Artıq ayrılıq vaxtı gəlib çatıb. Çox kədərli olsa da Braziliyaya qayıdıram”.

Kafu futbola davam edib etməyəcəyi haqqında hələ bir qərar vermədiyini bildirsə də, bazar günü “Milan”ın “San Siro”da “Udinese” ilə oynayacağı matçın İtaliya klubu ilə meydana çıxacağı son oyun olduğunu vurğuladı.

2003-cü ildə “Roma”dan “Milan”ın düşərgəsinə keçən ulduz oyunçu son 1-2 mövsümdür ki, yaşı ilə əlaqədar olaraq yaşıl meydanlarda əvvəlki performansını sərgiləyə bilmir. “Udinese” matçında, hakimin final fitindən sonra Kafu həm "Milan" tərəfdarlarına həm də “Milan” klubuna “Əlvida” deyəcək.

    KAFU...

Paylaş

// pop up