Kaka nəhayət `Real`da...

9 İyn 2009
Kaka nəhayət `Real`da...
Dünya futbol bazarında rekord transfer reallaşıb. Uzun danışıqlardan sonra `Milan`ın playmeykeri Kaka `Real`a keçib. 6 illik bağlanmış müqaviləyə əsasən ispanlar italyan klubuna 69 milyon avro ödəyiblər. Braziliyalı futbolçu isə ilinə 9 milyon avro qazanacaq. Artıq hər iki klubun rəsmi internet səhfələri transferin reallaşması barədə açıqlama yayıb. `Milan` rəhbərliyi Kakaya xidmətlərindən dolayı təşəkkür edib. `Real` isə Kakanın alınması bir möcüzə adlandırıb. 27 yaşlı futbolçu isə `Milan`ı çox sevdiyini lakin baş vermi iqtisadi böhrana görə `Milan`a pul qazandırmaq istədiyini bildirib. Eyni zamanda `Real`dan başqa heç bir klubun onu `Milan`dan ayıra bilməyəcəyini də ifadə edib.