KALLİ GETDİ, LİNKOLN GƏLDİ. VİDEO

single-news
7 Apr 2008

KALLİ GETDİ, LİNKOLN GƏLDİ. VİDEO



“Qalatasaray” tarixində ən çalxalantılı mövsümlərindən birini yaşayır. Mövsümün əvvəlində qurulan yeni və gənc heyət, uzun müddətdir zədəli olan futbolçular,  idarə heyətinin dəyişikliyi və son olaraq Kallinin matçdan bir gün öncə komandadan ayrılması... Bu qədər çətinliklərdən sonra “Cim Bom”un uğurlu çıxış etməsi üçün möcüzəyə ehtiyacı var idi. Bu möcüzə 88-ci dəqiqədə baş verdi. Hasan Şaşın cərimə meydançasına qaldırdığı  topu Ümit Karan penalti nöqtəsinin üzərinə endirdi Linkoln sağ ayağı ilə topu qapının sol küncünə göndərdi. 1:0... Kalli ilə heç cür dil tapmayan braziliyalı dünən komandasının yaxasını məğlubiyyətdən qurtardı. Axşam baş tutan matçdan sonra “Kalli getdi, Linkoln gəldi” deyə bilərik.

LİNKOLN 88`


 

Paylaş

// pop up