Kamp gündəliyi - 2

21 İyn 2019
Kamp gündəliyi - 2
"Qarabağ"ımız Avstriyada yay təlim-məşq toplanışını davam etdirir.
Komandamız ikinci günü də iki məşqlə tamamlayıb. İlk məşq yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 13:00) start götürüb. Futbolçularımız fitnes zalında çalışıb. Daha sonra isə meydançaya yollanan komandamız yüngül top hərəkətləriylə kifayətlənib.
Günün ikinci məşqi yerli vaxtla saat 18:00-da start götürüb. İsinmə hərəkətlərin ardından futbolçularımız fiziki təmrinləri yerinə yetirib. Yağışı hava şəraitində davam edən çalışma ikitərəfli oyunla başa çatıb.