Kamp gündəliyi - 2

single-news
14 Yan 2020

Kamp gündəliyi - 2



"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir.

 Komandamız toplanışın ikinci gününü iki məşqlə tamamlayıb. Günün ilk məşqi yerli vaxtla saat 11:30-da (Bakı vaxtıyla 12:30) start götürüb və təxminən 1 saat davam edib. Hazırlıq prosesində fiziki çalışmalara üstünlük verilib. 

Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da start götürüb. Günün ilk məşqindən fərqli olaraq bu məşqdə toplu çalışmalara üstünlük verilib. Çalışma ikitərəfli oyunla başa çatıb.  Zədəli futbolçumuz Dani Kintana məşqdə iştirak etməyib. 

 

Paylaş