Kamp gündəliyi - 3

single-news
9 Yan 2019

Kamp gündəliyi - 3



"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komandamız hazırlığın üçüncü gününü iki məşqlə tamamlayıb. Səhər məşqi yerli vaxtla 11:00-da başlayıb və futbolçularımız laktat testindən keçib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumunu yoxlamaqdan ibarətdir. 

Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da start götürüb. Futbolçularımız isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib

 

 

Paylaş