Kamp gündəliyi -5

single-news
25 İyn 2018

Kamp gündəliyi -5



"Qarabağ"ımız Avstriyada təlim-məşq toplanışını davam etdirir. Komandamız hazırlığın 5-ci gününü iki məşqlə tamamlayıb. İlk çalışma yerli vaxtla saat 12:30-da (Bakı vaxtıyla 14:30) start götürüb və təxminən saat yarım davam edib. Komanda əsasən fiziki tapşırıqları yerinə yetirib. Məşqin sonunda isə futbolçular zərimə zərbələrinin üzərində çalışıb.

Günün ikinci məşqi isə yerli vaxtla 18:30-da başlayıb. İlk məşqdən fərqli olaraq, bu hazırlıqda komanda daha çox taktiki çalışmaları yerinə yetirib. Hazırlıq "kavdrat"la sona çatıb.

Paylaş

// pop up