Kamp gündəliyi - 6

17 Yan 2020
Kamp gündəliyi - 6
"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Komandamız toplanışın altıncı gününü tək məşqlə başa vurub. Yerli vaxtla saat 17:30-da start götürən məşqdə futbolçularımız isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib. Daha sonra toplu məşqlər edən futbolçularımız taktiki çalışmalarla məşqi yekunlaşdırıb.
Qeyd edək ki, komandamız sabah təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 18:00) start götürəcək matçda "Qarabağ"ımız Rumıniyanın "Akademika Klinçeni" ilə qarşılaşacaq.