Kamp gündəliyi -9

28 İyn 2019
Kamp gündəliyi -9
"Qarabağ"ımız Avstriyada təlim-məşq toplanışını davam etdirir. Komandamız doqquzuncu günü iki məşqlə başa vurub. Günün ilk məşqi yerli vaxtla 11:00-da start götürüb və 90 dəqiqə davam edib. Futbolçularımız isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Hazırlıq taktiki çalışmalarla başa çatıb.
Günün ikinci məşqi isə yerli vaxtla 18:00-da start götürüb. Bu məşqdə isə futbolçular ikitərəfli oyun keçirib.
Qeyd edək ki, komandamız sabah Avstriyada üçüncü yoxlama oyununu keçirəcək və Rusiyanın "Ufa" klubuyla qarşılaşacaq.