KANN FUTBOLDAN GEDİR
13 Mar 2008
KANN FUTBOLDAN GEDİR
Nəhayət, veteran qapıçı Oliver Kannın futbolla vidalaşacağı vaxt dəqiqləşib. "Bavariya"nın kiperi sentyabr ayının 2-də peşəkar karyerasında son oyununu keçirəcək. Həmin gün "Alyans Arena"da Almaniya millisi ilə "Bavariya" üz-üzə gələcək: "Futboldan getmək mənim üçün asan deyil. Ömrümün 20 ilini futbola həsr etmişəm. Amma hər şeyin vaxtı var. O günü maraqla və səbirsizliklə gözləyirəm. Əminəm ki, bu möhtəşəm oyun olacaq". Əfsanəvi Kann Bundesliqada 349 oyunda meydana çıxıb. Bu, yüksək divizionda ən çox forma geyinmiş qapıçıların göstəricisindən çoxdur. Olli 1995/96-cı illər mövsümündə UEFA Kubokunu, 2000/01-ci illər mövsümündə isə Avropanın bir nömrəli klub turnirində, Çempionlar Liqasında qalib adını qazanıb. Almaniya millisi ilə iki dəfə (2002 və 2006) dünya çempionatında bürünc medallara yiyələnib.