KANNAVARO ILIN FUTBOLÇUSUDUR

single-news
19 Dek 2006

KANNAVARO ILIN FUTBOLÇUSUDUR



Nəhayət dünən gec saatlarda 2006- ci ilin ən güclü futbolcusunun adı məlum oldu. FİFAnın İsvecrənin Sürix şəhrininə kecirilən mərasimdən öncə nominantların isimləri öncədən müəyyənləşmişdi. Belə ki, ötə il “Barselona”nı Cempionlar ligasının qalibi edən Ronaldinyo ardıcıl 3- cü, yayda kecirilmiş dünya cempionatında Fransayla gümüş medallar qazandıqdan sonra böyük futbolla vidalaşan Zinəddin Zidan 4-cü dəfə bu titula sahib cıxmağa calışacaqdısa, Mundialda qızıl medllara sahib cıxmış İtaliya millisinin kapitanı olmuş Fabio Kannavaro isə ilk dəfə bu şərəfə layiq görülə bilərdi. Elə futbol ictimaiyyətinin ortaq fikrinə görədə “Real”ın müdafiəcinin “Briliyant top”a yiyələnmək şansı daha cox idi. Belə ki, Ronaldinyo Braziliya millisinin sonuncu mundialda fiaskoya uğramasının qarşısını ala bilməmişdisə, Zidan analoji turnirin finalında Materatsiyə kəllə vurmaqla ictimatiyyətin qınağına tuş gəlmişdi. İtalyan isə dünya cempionluğa yanaşı “Yuventus”un qızıl”a qovuşmasında önəmli rol oynamışdı. Maraqlıdı ki, titul uğrunda mübarizə hələ bir həftə öncədən başlamışdı. İspaniyanın ünlü “Marka” nəşri Ronaldinyonun ardıcıl 3-cü dəfə mükafat sahib cıxacağını söyləyirdisə, italyanların “Qazetta dela Sport”u bu şərəfə Kannavorunu görürdü. Maraqlıdıki, hər iki nəşr Zidanın sadəcə 3-yerə sahib çıxacağını düşünürdü. Lakin dünən ki, səsvermə adı cəkilən nəşrlərin hec birinin mütləq nəticəni tapa bilmədiyini göstərdi. 165 ölkənin baş məşqcisinin və kapitanlarının qatıldığı sorğuda Kannavaro hamıdan daha cox səs toplayaraq Avropadan sonra dünyanın da ən güclü futbolcusu secilib. Maraqlıdı ki, 33 yaşlı futbolcu 1991-cildən kecirilən sorğuda ən güclü secilən ilk müdafiəci olub. Son iki ilin lauretı Ronaldinyo isə sadəcə 3-cü ola bilib. Bütün qaliblər 1991 Latar Matteus (İnter, Almaniya) 1992 Marko van Basten (Milan, Hollandiya) 1993 Roberto baco (Yuventus, İtaliya) 1994 Romario ( Barselona, Braziliya) 1995 Corc Vea (Milan, Liberiya) 1996 Ronaldo (Barselona, Braziliya) 1997 Ronaldo (İnter, Braziliya) 1998 Zinəddin Zidan (Yuventus, Fransa) 1999 Rivaldo (Barselona, Braziliya) 2000 Zinəddin Zidan (Yuventus, Fransa) 2001 Luiş Fiqu (Real, Portuqaliya) 2002 Ronaldo (Real, İspaniya) 2003 Zinəddin Zidan (Real, Fransa) 2004 Ronaldinyo (Barselona, Braziliya) 2005 Ronaldinyo (Barselona, Braziliya) 2006 Fabio Kannavaro (Real, İspaniya)

Paylaş

// pop up