KAPITAN, REKORDÇU, XEYRİYYƏÇİ...-ARTİM ŞAKİRİ !

single-news
5 İyl 2008

KAPITAN, REKORDÇU, XEYRİYYƏÇİ...-ARTİM ŞAKİRİ !



O, Azərbaycana gəlmiş ən səviyyəli legionerlərdən bəlkə də birincisidir. Makedoniya millisində 80 –nə yaxın oyun keçirməklə ölkəmizə gəlmiş futbolçuları bu kateqoriyada da üstələyir. Dünya yığmasında 3  dəfə forma geyinməklə səviyyəsini göstərib. Makedoniya millisinin kapitanı olmaqla yanaşı ölkəsinin futbol tarixində ən yaxşılardan sayılır. Zəngin karyera, İngiltərə millisinə (!), künc zərbəsindən (!!), özü də Simenə (!!!) qol vurmaqla göstərdiyi rəşadət hələ də unudulmayıb. Ölkəmizdə, İngiltərə premyerliqasında forma geyinmiş ilk futbolçu olacaq. Dahi Brayan Robsonun tələbəsi olmaq…Eyni zamanda xeyirxah əməlləri ilə də tanınan Artim Şakiri 3 dəfə dünya millisinin formasını geyinib. Bəli, “Qarabağ” Futbol Klubunun    yeni transferi haqqında saatlarla danışmaq olar. Əsl peşəkar təsiri bağışlayan, hər zaman yaxşı mənada örnək olan Artim Şakiri artıq komandamıza yeni qoşulmasına baxmayaraq uyğunlaşdığını deyə bilərik. Şakiri klubumuzun rəsmi saytına verdiyi müsahibə “Qarabağ”a gəlişi, ilkin təəssürüatları və hədəfləri barəsində danışıb. Buyurun aşağıdakı linkə daxil olub siz də oxuyun:

 

ARTİM ŞAKİRİ - MÜSAHİBƏ

Paylaş