Kaqava `Mançester Yunayted`də

single-news
6 İyn 2012

Kaqava `Mançester Yunayted`də



`Mançester Yunayted` mövsümün transfer bombasını rəsmiləşdirib. İngiltərə klubu Dortmund `Borussiya`sının yapon ulduzu Şinji Kaqavanı heyətinə qatıb.
Bu barədə `Mançester Yunayted`in rəsmi saytı xəbər yayıb. Saytın xəbərində bildirilir ki, onunla rəsmi müqavilə imzalanıb.
İngiltərə mətbuatının məlumatına görə, Mançester təmsilçisi bu transfer üçün 20 milyon avro xərcələyib. `Borussiya` bu futbolçunu 350 min avroya almışdı.
Qeyd edək ki, Kaqava `Borussiya`ya 2010-cu ildə Yaponiyanın `Cerezo Osaka` klubundan keçib. Almaniya klubunda iki il ərzində 49 oyuna çıxıb 21 qol vuran 23 yaşlı futbolçu 15 məhsuldar ötürmə verib və ardıcıl iki dəfə ölkə çempionu olub.
Kaqava azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı. O, 2010-cu ildə Avropa Liqasında `Qarabağ`la `Borussiya` arasındakı oyunların iştirakçısı olub. Almaniyadakı oyunda iki qol vuran Kaqava bu ilin 23 mayında keçirilən Yaponiya – Azərbaycan matçında da meydana çıxıb və millimizin qapısına yol tapıb.

Paylaş

// pop up