Kara : “Qoy bəziləri çempionluğa oynayacağını dönə-dönə vurğulasın” (Futbol+, 09.07.2007)
Kara : “Qoy bəziləri çempionluğa oynayacağını dönə-dönə vurğulasın” (Futbol+, 09.07.2007)
“Qarabağ” Gilay Bulakı təəccubləndirib
Türkiyədəki təlim-məşq toplanışı davam etdirən “Qarabağ”ın heç də heyətlə hazırlıq keçmədiyini xəbər vermişdik. Belə ki, komandasının səfərə şıxmasından bir neçə gün öncə atasının vaxtsız vəfatı səbəbindən Qızılcahamama gedə bilməyən müdafiəçi Hüseyn İsgəndərov və U-17 ilə elə sözüghedən ölkədə təşkil olunan Qaradəniz Oyunlarının iştirakçısı olan Şəhriyar Xəlilov düşərgəyə bir qədər gec qoşulmalıydı. Sözügedən oyunçular hazırlığa yalnız iyulun 6-da qatıla bilib. Ancaq yol yorğunluğu üzündən baş məşqçi onları həmin gün məşqlərdən azad edib. Yenə 24 futbolçuyla məşqə çıxan Rasim Kara “Patalya” otelinin müydançasında növbəti gün oynanılacaq “Vestgel Manisaspor” la qarşılaşmaya hazırlıq yolunda əsasən toplu çalışmalara üstülük verməklə yanaşı, taktiki gedişlər üzərində işləyib.
Srağagün isə Ağdam komandası mövsümə hazırlıq yönündə ilk yoxlama matçını keçirib. Xəbər verdiyimiz kimi, superliqa təmsilçisi “Vestel Manisaspor”la qüvvəsini sınamaq qərarına gələn ağdamlılar raqiblə məskunlaşdıqları otelin arenasında üz-üzə gəlib.
Ağdamlılardan fərgli qardaş ölkəni avrokuboklarda təmsil edəcək rəqib nədənsə əsas heyət oyunçularını meydana buraxmayıb. Belə ki, baş məşqçi Giray Bulak Lukas Zelenka, Okan KoçŞ Filip HoloşkoŞ Rafael Markes kimi ulduz oyunçuların əvəzində gənclərə çans verməyi qərara alıb. İlk yarıda Egeman, Enes, Sərkan Akın, Ərsan, Oğuz, Yunus, Tuncay, Nizaməddin, Akif, Yiğit və Sinan “11-liy”inə güvənən çalışdırıcı sonradan Ərman, Hikmət və Volkan kimi yeniyetmələri də sınaqdan keçirib.
Kara isə bu oyunçuların əməyindən yararlanıb. Fərhad Vəliyev, Azər Məmmədov, Nodar Məmmədov, Maksim Medvedev (Mehran Əliyev, 46), Timur İsrafilov Qoqa Beraya (Elçin Xəlilov, 46) Aslan Kərimov (əfran İsmaylov, 46) , Taqim Novruzov (İsabala İsrafilov, 72), Murad Ağakişiyev (Şahin Zeynalov, 57), Viktor İqbekoyi (Rauf Əliyev,46), Kənan Kərimov (Vaqif Cavadov, 46). Dövrlərarası fasilədə ilk oyununu keşirən komandalar matça sakit məcrada başlayıb. Tərəflər meydanın mərkəzini ələ keçirmək üçün əsasən top saxlamağa, qısa ötürmələrlə hücumlar təşkil etməyə çalışdığı vaxt ilk təhlükəli vəziyyəti ağdamlılar yaradıb. İqbokoyi oyundaçından aldığı ötürməni saxlamadan rəqib qapısına yönəltsə də, Egeman sayəqlığını itirməyib. Az sonra o, Muradın da fərglənməsini əngəlləyib. 37-ci dəqiqədə isə Kənan yüzfaizlik qolu qaçırıb. Halbuki Viktorun ötürməsi sonunda qapıçıyla təkbətək çıxan hücumçu fərglənməyə borclu idi. Karanın yetirmələri istəyinə, nəhayət, 42-ci dəqiqədə çatıb.
Muradın ötürməsini Aslan mükəmməl zərbəylə qapı küncünə göndərib. Ancaq komandamız ilk yarını qalib kimi başa çatdıra bilməyib. Fasiləyə çıxmağa saniyələr qalarkən Nizaməddin cərimə zərbəsindən vurduğu qolla hesabda tarazlıq yaradıb.
İkinci yarıda Kara gəncləri meydana buraxıb. Bu, “Qarabağ”ın oyununu xeyli zəiflətsə də, ağdamlılar daha istəkli olduğunu sübut etməyi bacarıb. Bəzi epizodlarda kobud səhvlər buraxan müdafiəçiləri təcrübəli Azər və Fərhad “sığortaladığdan” sonra türklər hesabda ğnə keçmək şanslarından yararlana bilməyib. Əvəzində meydana sonradan girən Vaqif Cavadov gözoxşayan çıxışı hətta matçın azşyaşlı azarkeşləri tərəfindən də alqışlara qarşılanıb. Bir neçə epizodda rəqib oyunçuları gözəl dribinq və fintlərlə geridə qoyan Cavadov, nəhayət, belə epozodların birini qola çevirməyi bacarıb. Nəticədə ilk dınaqdan üzü ağ çıxan Karanın yetirmələri superliqa təmsilçisini məğlub etməyi bacarıb.
Hər iki komandanın çalışdırıcısı matçla bağlı fikirlərini bölüşüb. Kara Bulak başda olmaqla Manisa komandasının rəhbərliyinə yoxlama matçının keçirilməsinə razılıq verdiklərinə görə minnətdarlığını bildirib: “Matça gəlincə, uşaqlar pis oynamadılar. Qarşılaşdığımız komandanın “Vestel Manisaspor” olmasına rəğmən, problemlərimiz az deyil. Buna baxmayaraq, çempionata hazırlığımız plana uyğun gedir. Qoy bəzi komandalar çempionluğa oynayacağını dönə-dönə vurğulasın. Onsuz da hər şeyə yaşıl meydanda aydınlıq gələcək”. Rəqib komandanın çalışdırıcısı isə bunları söyləyib: “İnanmazdım ki, “Qarabağ” bu gücdə olsun. Yaxşı oyunçularınız var. Əsasən də oyun sxemi vak ki, bu bir komanda üçün çox vacibdir”.
Dünəndən tam heyətlə hazırlıqlarını davam etdirən ağdamlılar növbəti yoxlama matçını iyulun 12-də superliqanın debütantı “İstanbul Böyük Şəhər Bələdiyyəsi” nə qarşı keçirəcək.