Karadan hakimlərə mesaj(Futbol+Qol)
Karadan hakimlərə mesaj(Futbol+Qol)
Karadan hakimlərə mesaj
“Qarabağ” növbəti turda “Neftçi”nin qonağı olacaq. Hazırda Rasim Karanın başçılığı altında məşqlərini davam etdirən ağdamlılar bu gündən tam heyətlə çalışmalarını intensivləşdirəcək. Belə ki U-21-də 5 nəfər- Osman Umarov, Tagim Novruzov, Maksim Medvedev, Nodar Məmmədov və Vaqif Cavadovdan başqa, əsas millidə çıxış edənAslan Kərimovla Fərhad Vəliyev düşərgəyə təşrif buyuracaq. Növbəti hazırlıq prosesi İsmət Qayıbov adına stadionda, saat15:30-da keçiriləcək. Sabah isə komandamız bazada iki günlük təlim-məşq toplanışına yığışacaq. Kara əməkdaşımızla söhbətdə normal hakimlik gözlədiyini bildirib. Türkiyəli “fit sahibləri”nin “Qarabağ”a qərəzli münasibətindən narahatlıq keçirir. Sitat: “Bakı”yla oyunda, ondan əvvəlki turlarda da bu üzdən xeyli xal itirmişik. Eldar Nağıbəyov təmiz qolumuzu saymadı. Derbi oyunlarda belə qərəzli hakimlik daha çox olur. Belə şeylər də mənə pis təsir edir”
Qarşı tərəf də milliyə gedən oyunçularsız məşqlərini davam etdirir. Ruslan Məcidov onların arasında yer almır. Baş məşqçi Vlastimil Patrjela Olimpiya yığmamızın sabiq qapıçısını əvəzedici heyətə göndərib. Onun fikrincə, Ruslan səviyyəsinə görə Vladimir Miçoviç və Hüseyn Məmmədovdan qat-qat geri qalır. Məcidov mövsümün sonunadək istənilən komandaya icarə verilə bilər. Buna görə böyük pul tələb olunmur. Maraqlı tərəf kiperin şəxsi şərtlərini ödəsə kifayətdir.