"Karat"ın sürprizi alınmadı (EXPRESS,21.04.2005)

single-news
22 Apr 2005

"Karat"ın sürprizi alınmadı (EXPRESS,21.04.2005)



Dünən futbol üzrə 13-cü milli çempionatın güclülər dəstəsində 28-ci tura start veridi. "Bakılı"nın çempionatdan çıxarılan "Şəfa"ya görə texniki qələbə aldığı turun ilk günündə keçirilən dörd oyunda gözlənilməz nəticələr qeydə alınmadı. "Karat"ın baş məşqçisi Hacıbala Abdullayevin iddialı açıqlamalarına baxmayaraq, onun yetirmələri lideri büdrətməyi bacarmadı. 3:1 hesabıyla qalib gələn "Qarabağ"ın qollarına Aqil Məmmədov, Vüqar Nadirov və Denis Sokolovski imza atdı. Qonaqlar isə Gennadi Angelin dəqiq zərbəsiylə təsəlli tapdı. "Neftçi" də "Ədliyyə" üzərində rahat qələbə qazandı. Xorvat legionerlər Tomislav Mişurayla Darko Çordaşın dəqiq zərbələri (2:0) flaqmanın xalını 63-ə çatdırmasına imkan verdi. Bu məğlubiyyətdən sonra elitada qalmaq ümidini daha da azaltdı. "Karvan" da eyni aqibəti eyni hesabla "Şahdağ-Samur"a yaşatdı. Fərrux İsmayılovun dublu yevlaxlıların medallar uğrunda mübarizədə şansını artırdısa, qusarlıların vəziyyətini bir qədər də pisləşdirdi. Amma OMİK də indiyədək qələbə qazana bilmədiyi Gəncədə növbəti dəfə yenilib "Şahdağ-Samur"un yerində qalmasına şərait yaratdı. Mixail Xutsişvilinin yehanə qolu "Gəncə"nin 9-cu pillədə möhkəmlənməsinə imkan verdi.

Paylaş