"Karvan" irəlilədi, "Qarabağ" gerilədi (525-ci qəzet, 03.11.2006)

single-news
3 Noy 2006

"Karvan" irəlilədi, "Qarabağ" gerilədi (525-ci qəzet, 03.11.2006)



Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) dünyanın ən güclü 350 klubunun yeni reytinq cədvəlini tərtib edib. Bir ay əvvəl olduğu kimi, siyahıda yenə İspaniyanın "Sevilya" klubu (290 xal) birincidir. Digər ispan təmsilçisi "Barselona" (270 xal) ikinci pillədəki mövqeyini qoruyub. "Liverpul" (İngiltərə) dördüncü yeri üçüncü, "Milan" (İtaliya) isə üçüncü yeri dördüncü ilə əvəzləyib. İlk "onluq"da ardıcıl olaraq, "Rapid" (Rumıniya), "İnter" (İtaliya), "Arsenal" (İngiltərə), "Roma" (İtaliya), "Lion" (Fransa) və "Olimpik" (Marsel, Fransa) klubları yer alıblar. Siyahıda iki Azərbaycan komandası da var. Ən yaxşı nəticə "Karvan"a məxsusdur. Yevlax klubu 8 pillə irəliləməklə 151-ci yerə yüksəlib. Ölkə kubokunun sahibi "Qarabağ" isə əksinə, 1 pillə geriləyib. Ağdam təmsilçisi hazırda 288-ci yerdədir.

Paylaş