“Karvan” “Qarabağ”a faks göndərib (futbol+, 08.06.2006)

single-news
8 İyn 2006

“Karvan” “Qarabağ”a faks göndərib (futbol+, 08.06.2006)



Bir neçə gün əvvəl ölkə kubokunun finalında “Karvan” üzərində qələbə sevinci yaşayan “Qarabağ”ın bu uğuruna deyəsən, kölgə düşməkdədi. Söhbət Yevlax klubunun bir neçə futbolçusunun yumşaq desək, finalda ürəklə oynamamasından gedir. Hansı ki, guya “Qarabağ”a qarşı könülsüz oynayan həmin futbolçular artıq “Karvan”dan ayrılıb. Biz bu məsələni şərh etmək istəmirik. Hərçənd finalda ağdamlıların əzmkarlığı fonunda yevlaxlıların oynayıb-oynamadığı bir elə hiss olunmurdu. Nə isə, rəqibin necə çıxış etməsindən asılı olmayaraq “Qarabağ” UEFA kubokuna vəsiqə qazandı. İndi ən maraqlı sual Ağdam klubunun beynəlxalq arenada nüfuzumuzu necə qoruyacağı ilə bağlıdı.

Paylaş