“KARVAN” “QARABAĞ”LA OYNAYACAQ (ÇEMPİON, 25.03.2005)

single-news
25 Mar 2005

“KARVAN” “QARABAĞ”LA OYNAYACAQ (ÇEMPİON, 25.03.2005)



Futbol üzrə Azərbaycan yığma komandasının Polşa və İngiltərədəki səfər oyunları ilə bağlı milli çempionatda fasilə yarandığından klublar bir-birləri ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırıb. Hazırda “Şəfa” stadionunda məşqləri davam etdirən Yevlaxın “Karvan” klubu çempionatın lideri olan “Qarabağ” komandası ilə qarşılaşacaq. “Karvan” komandasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin verdiyi məlumata görə, mövsümün sonuna qədər diskvalifikasiyaya məruz qalan Zaur Ramazanov da komanda ilə birgə məşq edir. Liderlə şənbə gününə planlaşdırılan yoxlama oyununda “Akçaabat Sebatspor” klubundan baxışa çağırılan tunisli Amir Mkadminin də meydançaya çıxacağı gözlənilir. Şahgəldiyevin sözlərinə görə, baş məşqçi Yunis Hüseynov Tunis yığmasının keçmiş oyunçusunu bəyənsə, onunla müqavilə bağlanılacaq.

Paylaş