"KARVAN" "TURAN" SƏDDİNİ KEÇƏ BİLMƏDİ...

single-news
22 May 2006

"KARVAN" "TURAN" SƏDDİNİ KEÇƏ BİLMƏDİ...



Bu gün Azərbaycan Çempionatının təxirə salınmış iki oyunu keçirildi. Maraqla gözlənilən oyun heç şübhəsiz Tovuzda "Turan" - "Karvan" matçı idi. Məhz bu matç çempionluğun taleyini böyük ölçüdə həll edirdi. Hər şey öz əlində olan "Karvan" çempionluq şansını çətinə saldı. Daha doğrusu, son turda "Olimpik"lə matçda qalib gələcəyi təqdirdə belə, rəqiblərinin oyunundan asılı vəziyyətə düşdü. Buna səbəb isə, Tovuz səfərində rəqib qapısına yol tapa bilməmək və 0:0-lıq heç-heçə barışmaq oldu. Digər oyunda da eyni hesab qeydə alındı. İmişlinin "MKT-Araz" klubu Lənkəran səfərindən bir xalla dönə bildi. Beləliklə, çempionluğun taleyinə son turda aydınlıq gələcək. "Bakı" "İnter"lə görüşdə qalib gələcəyi təqdirdə ilk çemponluğunu qeyd edəcək. Komandamız bu turda Sumqayıtda "Gənclərbirliyi"nin qonağı olacaq.Digər qarşılaşmalar aşağıdakı kimidir: “Olimpik” – “Karvan” “Neftçi” – “Xəzər-Lənkəran” MKT “Araz” – “Göyəzən” “Turan” – “Şahdağ” “Gəncə” – MOİK Oyunlar mayın 30-da keçiriləcək.

Paylaş