“Karvan-Yevlax”la oyunun hakimləri müəyyənləşdi
28 Noy 2025
“Karvan-Yevlax”la oyunun hakimləri müəyyənləşdi
Komandamızın Azərbaycan kubokunun 2025/26 mövsümündəki ilk oyununun hakimləri açıqlanıb. 1/8 finalın “Qarabağ” – “Karvan-Yevlax” matçını Əliyar Ağayev idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Nicat İsmayıllı dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Rəşad Əhmədov VAR, Emin Əliyev AVAR olacaq. Şahin Cəfərov hakim-inspektor, Bəhram Qurbanov AFFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 3-də “Azersun Arena”da baş tutacaq matç saat 19:00-da başlayacaq.
