"KARVAN"LA "QARABAĞ" QARŞILAŞDILAR(HET-TRİK,29.03.2005)

single-news
29 Mar 2005

"KARVAN"LA "QARABAĞ" QARŞILAŞDILAR(HET-TRİK,29.03.2005)



Dünən "Karvan" "Qarabağ"la İ.Qayıbov adına stadionda yoxlama oyunu keçirib. Matç xoşagəlməz hadisələrlə də yadda qalıb. Artıq ilk yarıda hər iki komandadan bir futbolçu meydandan qovulub. "Qarabağ"dan Ruslan Musayev, yevlaxlılardan isən Fərrux İsmayılov komandasını azlıqda qoyub. Ancaq qarşılıqlı razılığa əsasən onları komanda yoldaşları əvəz edib. Matçın sonunda "Karvan"ın qapıçısı Sahil Kərimov da önündə qırmızı vərəqə görüb. Oyuna gəlincə , ilk hissə ağdamlıların üstünlüyü ilə keçib.ikinci hissədə meydana girən Zaur Ramazanov "Karvan"ın oyununu canlandırsa da, əlinə düşən imkanı dəyərləndirə bilməyib. "Qarabağ"lı İsmayıl Məmmədovun əvvəl ötürməsindən sonra İvan Karamanov, sonra isə özü ikinci qolu "Karvan"ın qapısından keçirdi.

Paylaş