“Kayserispor”un rəsmiləri klubumuzu ziyarət ediblər
16 İyn 2021
“Kayserispor”un rəsmiləri klubumuzu ziyarət ediblər
Türkiyənin “Kayserispor” klubunun prezidenti Berna Gözbaşı və idman direktoru Ali Naibi klubumuzu ziyarət ediblər.
Klubumuzun direktoru Emrah Çelikel Türkiyə millisinin oyununu izləmək üçün Bakıya gələn qonaqlara zaman ayırıb, klubumuzu ziyarət etdikləri üçün təşəkkür edib.
Hər iki qonağa “Qarabağ”ımızın forması hədiyyə olunub.
