Keçmiş bizi seçib, gələcəyi biz seçirik!

15 Mar 2021
Keçmiş bizi seçib, gələcəyi biz seçirik!
“Qarabağ” Futbol Klubunun Ağdamda uşaq futbolçular üçün seçimləri keçirilib. Seçimlərdən öncə klubumuzun nümayəndələri Şəhidlər xiyabınını ziyarət ediblər.
Quzanlı qəsəbə stadionunda 2006-2013-cü il təvəllüdlü oğlanlar arasında baş tutan seçimlərdə 200-dən çox uşaq iştirak edib.
Ağdam seçimləri haqda hazırladığımız reportajı "YouTube" kanalımızda izləyə bilərsiz: https://www.youtube.com/watch?v=X2ty9Kzn6KE