KƏNANIN DUBLU "QARABAĞ"A QƏLƏBƏ GƏTİRDİ . . .

single-news
12 Sen 2006

KƏNANIN DUBLU "QARABAĞ"A QƏLƏBƏ GƏTİRDİ . . .



"MOİK" 0:2 "Qarabağ" Oyun gözlənildiyi kimi, "Qarabağ"ın hücumları ilə başladı. Ardıcıl hücumlar bir-birini əvəzləsə də, ilk real qol vəziyyəti 11-ci dəqiqədə gəldi. Cərimə zərbəsindən Samirin ötürməsindən sonra Kənanın zərbəsini qapıçı tuta bildi. 15 və 17-ci dəqiqələrdə də əvvəlcə Aslanın, daha sonra Xaliqin ötürmələrindən sonra Kənan fərqlənməyə yaxın olsa da, hücumçumuz yalnız 22-ci dəqiqədə bunu edə bildi. Slobodanın keçidinin qarşısını kobudluqla alan meydan sahiblərini Kənan Kərimov mükəmməl zərbə ilə cəzalandırdı... Qoldan sonra da komandamızın hücumlarının qarşısını almaqda çətinlik çəkən meydan sahibləri kobud oyunla yadda qaldılar. İkinci hissədə bir topun sürüşkən olduğunu başa düşən komandamız 63-cü dəqiqədə hesab arasındakı fərqi bir qədər də artırdılar. Romal - Samir - Kənan üçgedişli kombinasiyasını sonuncu baş zərbəsi ilə tamamladı. 2:0 və komandamız növbəti mərhələyə çıxışını demək olar ki, təmin etdi... Günün digər oyunları belə nəticələnmişdir: “Karvan-2” – “Gənclərbirliyi” - 0:3 “Ədliyyə” – “Şahdağ” (Qusar) – 0:1 “Şahdağ” (Quba) – “Gilan” – 2:5 ABN “Bərdə”– “Karvan” – 1:1 “Bakı-2” – “Neftçi” 0:3 “Qaradağ” – “Turan” 0:5.

Paylaş